İQTİSADİYYAT
“DəmirBank” “Plastik kartla yığım əmanətidir” əmanət növü təklif edir
Bakı, 22 iyul, AZƏRTAC
“DəmirBank” müştərilərə “Plastik kartla yığım əmanətidir” əmanət növü təklif edir.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, əmanətə bağlı kart daim müştərinin yanında olduğundan vəsaitə ehtiyac yarandıqda yığım kartından pul çıxartmaq və ya digər kartlarda olduğu kimi ödənişlər zamanı istifadə etmək mümkündür. Bununla bərabər, əmanətçilər istifadə olunmayan və kartda qalan vəsaitdən illik 5 faizədək gəlir qazanmaq imkanını da əldə edirlər. Plastik kart bank tərəfindən müştəriyə hədiyyə olunur. Əmanət maksimum bir illik olmaqla, AZN və USD valyutalarında açıla bilər.
Qeyd olunan əmanət növündə vəsaitin artırılmasına və istənilən zaman cəriməsiz çıxarılması mümkündür. Əmanətlərin artırılması prosesinin sadələşdirilməsi məqsədilə müştərilər üçün banka məxsus terminallardan vəsait əlavə etmək imkanı da yaradılıb. Vəsaitlər “DəmirBank”a məxsus istənilən ATM və POS terminallar vasitəsilə nağdlaşdırıldıqda heç bir komissiya haqqı tutulmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]