İQTİSADİYYAT


“DəmirBank” “Pul köçürənə, alana plastik kart hədiyyə” kampaniyasının müddətini uzadıb

A+ A

Bakı, 31 iyul, AZƏRTAC

“DəmirBank” “Pul köçürənə, alana plastik kart hədiyyə” kampaniyasının müddətini sentyabrın 1-dək uzadıb.

Bankdan AZƏRTAC-a verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən məbləğdən asılı olmayaraq, istənilən pul köçürməsi sistemi ilə pul köçürən və ya alan müştəriyə pulsuz debet kartı hədiyyə edilir. Hədiyyə olaraq yalnız Visa Electron və MasterCard Maestro kartları təqdim olunur. Kart bir illik verilir.

“DəmirBank” 200-dək ölkə üzrə Zolotaya Korona, Western Union, Blizko, PrivatMoney, UPT, Leader, Forsaj, Contact, Monex pul köçürmələri sistemləri vasitəsilə təcili pul köçürmə xidmətlərini reallaşdırır. Belə ki, Bankın müştəriləri heç bir zaman itkisi olmadan və əlavə hesab açılmadan rahatlıqla 100–dən artıq xarici valyuta növündə köçürmələri həyata keçirə bilərlər.

Ətraflı məlumatı bankın məlumat mərkəzindən : (012) 149 http://www.demirbank.az/  www.facebook.com/demirbank.az  səhifələrindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.