İQTİSADİYYAT
“DəmirBank” “Şəffaf pərakəndə bankçılıq” xidmətlərinə görə “Uğur”milli mükafatına layiq görülüb
Bakı, 27 aprel, AZƏRTAC
“DəmirBank” “Şəffaf pərakəndə bankçılıq” xidmətlərinə görə “Uğur” milli mükafatına layiq görülüb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “Uğur” milli mükafatının təqdimetmə mərasimində çıxış edən “DəmirBank”ın sədr müavini Azər Hümbətov deyib: “Uğur” milli mükafatına layiq görülməyimiz, həyata keçirdiyimiz işlərin, böyük əməyin nəticəsidir. Ancaq hesab edirəm ki, bu eyni zamanda işlərimizi daha da uğurla davam etdirməyimiz üçün yeni bir məsuliyyət yaradır”.
Xatırladaq ki, “Uğur” milli mükafatı Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində ciddi nəticələrə nail olmuş, dünya iqtisadiyyatına inteqrasiyaya, yeni və uğurlu layihələri həyata keçirərək ölkə əhalisinin rifah halının yüksəlməsinə və yeni iş yerlərinin açılmasına şərait yaratmış şirkətləri mükafatlandırır.
Mükafat 2000-ci ildə “Consulting&Business” jurnalı tərəfindən təsis edilib.