CƏMİYYƏT
“DəmirBank” “Uşaqların rəngli dünyası” adlı rəsm müsabiqəsi keçirir
Bakı, 27 may, AZƏRTAC
“DəmirBank” 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bankın rəsmi “Facebook” səhifəsində “Uşaqların rəngli dünyası” adlı rəsm müsabiqəsi keçirir. Müsabiqənin şərtlərinə görə 14 yaşınadək uşaqlar çəkdikləri rəsmlərlə müsabiqədə iştirak edə bilərlər.
Bankdan AZƏRTAC-a bildiriblər ki, rəsmlərin qəbulu iyunun 3-dək, ümumi səsvermə isə iyunun 7-dək davam edəcək.
Müsabiqənin qalibləri rəsmlərin bəyənilmə (like) sayına görə müəyyən ediləcək. Qaliblərin adları iyunun 8-də açıqlanacaq.
Müsabiqədə 1-ci yer sahibinə uşaq geyim mağazasına 100 manatlıq, 2-ci yer sahibinə oyuncaq mağazasına 50 manat dəyərində kuponlar, 3-cü yer sahibinə isə “Megafun” əyləncə mərkəzinə 2 saatlıq kart hədiyyə ediləcək.
Bank xəbərləri barədə ətraflı məlumatı http://www.demirbank.az/?/az/ saytından və bankın www.facebook.com/demirbank.az səhifəsindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]