İQTİSADİYYAT


“DəmirBank” bankomatlarının sayını artırıb

A+ A

Bakı, 14 iyul, AZƏRTAC

“DəmirBank” müştərilərin rahatlığını düşünərək bankomatlarının sayını artırıb.

Bankdan AZƏRTAC-a bildirilib ki, əhalinin ən çox alış-veriş etdiyi və toplaşdığı əsas məkanlardan olan “Metro Park”, “Port Baku”, “Ganjlik” və “28 Mall”larda “DəmirBank”a məxsus ATM-lər yerləşdirilib.

Müştərilər “DəmirBank”ın ATM-ləri vasitəsilə ənənəvi xidmətlərdən başqa, “Card-to-Card”, “Cash by Code” kimi əlavə üstünlüklərdən yararlana bilərlər. Belə ki, “Card-to-Card” xidmətindən istifadə edərək, pul vəsaitlərini bir kartdan digər karta tez və rahat şəkildə köçürmək mümkündür. Bu xidmət kredit xəttinin ödənişi üçün də əlverişlidir. “Cash by Code” xidmətinin əsas üstünlüyü isə banka yaxınlaşmadan ATM vasitəsi ilə 5 manatdan 500 manatadək pul göndərmək imkanıdır.

Həmçinin, “DəmirBank” həftənin bütün günləri 24 saat fasiləsiz müştəri xidmətinin inkişafı məqsədilə müştərilərə banka məxsus terminallar vasitəsi ilə geniş çeşiddə məhsul və xidmətlər üzrə ödənişlərin aparılması imkanını yaradıb. Hazırda “Cash-in” terminallarında kredit ödənişləri, cari hesaba mədaxil kimi bank əməliyyatlardan əlavə kommunal xidmət, mobil rabitə, internet, kabel TV və digər ödənişləri həyata keçirmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.