İQTİSADİYYAT
“DəmirBank” elektron arayış əsasında kreditlər təklif edir
Bakı, 4 iyul, AZƏRTAC
“DəmirBank” elektron arayış əsasında kreditlər təklif edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, müştəri yalnız şəxsiyyət vəsiqəsi ilə banka yaxınlaşaraq iş yerindən arayışı və digər zəruri sənədləri burada quraşdırılmış xüsusi kompyuterlər vasitəsilə formalaşdıra bilər. Bununla yanaşı, www.e-gov.az elektron hökumət portalına daxil olaraq "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə də elektron arayışı formalaşdırmaq və banka göndərmək mümkündür.
Qeyd edək ki, elektron portala daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar. Kod parolu almaq üçün vətəndaş elektron portalda onlayn qeydiyyat xidmətindən istifadə edə bilər. Kod parollarını Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrindən ödənişsiz olaraq əldə etmək mümkündür.
Ətraflı məlumatı http://www.demirbank.az/?/az/ saytından və bankın www.facebook.com/demirbank.az səhifəsindən əldə etmək olar.