İQTİSADİYYAT
“DəmirBank” əmanətçilərə gəlirlərini artırmağa imkan yaradır
Bakı, 30 mart, AZƏRTAC
“DəmirBank” müştərilərinə “Göy” əmanət növü üzrə əmanət faizlərinin 17 faizədək artımından son 17 gündə faydalanmaq üçün kampaniyaya başlayıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bank aprelin 15-dək “Göy” əmanət növünün illik faiz dərəcələrini 17 faizədək artırıb ki, bu da əmanətçilərə gəlirlərini artırmağa imkan verəcək.
Qeyd edək ki, “Göy” əmanətin əsas üstünlükləri əmanət üzrə ən yüksək faiz dərəcələri və hesablanmış faizlərin hər ay ödənilməsi imkanıdır.
İstənilən şəxs minimum 100 manat ilkin mədaxil edərək bank filiallarında əmanət hesabı açdıra bilər. Maksimum 3 il müddətinə açılan “Göy” əmanət növünü manat və ABŞ dolları valyutasında yerləşdirmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]