İQTİSADİYYAT


“DəmirBank” filiallarında fasiləsiz iş rejimini tətbiq edib

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

“DəmirBank” bütün filiallarında fasiləsiz iş rejimini tətbiq edib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, bankın istənilən filialı saat 09:00-dan 18:00-dək nahar fasiləsi olmadan fəaliyyət göstərərək geniş çeşiddə məhsul və xidmətləri müştərilərin istifadəsinə verir.

Bundan əlavə Nizami küçəsi 111-də yerləşən “DəmirBank”ın “Mərkəz” filialı həftənin 7 günü, 24 saat (bayram və qeyri-iş günləri daxil olmaqla) fəaliyyət göstərir.

“DəmirBank” gələcəkdə də fasiləsiz müştəri xidmətinin inkişafı və müştəri xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işləri davam etdirməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.