İQTİSADİYYAT


DəmirBank ilə "ADA" Universiteti arasında təlim sahəsində əməkdaşlığa başlanılıb

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

"DəmirBank"ın "ADA" Universiteti ilə həyata keçirdiyi "Bacarıqların inkişafı proqramı" çərçivəsində bankın struktur bölmə rəhbərləri üçün "İdarəetmə və liderlik bacarıqlarının inkişafı" mövzusunda təlim keçirilib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, universitetin yüksək ixtisaslı təlim ekspertləri Emin Hüseynov, Şəmsiyyə Mustafayeva, Natiq Hacıyev və Ramiz Məmmədli təlim sessiyalarını interaktiv müzakirələr formasında keçirib və bu müddətində iştirakçılar öz təcrübələrini bölüşməklə yanaşı, liderlik, idarəetmə sahəsində bacarıqlarını təkmilləşdiriblər. İyun ayı ərzində həyata keçirilən bu layihə 5 sessiyadan ibarət olmaqla, strateji planlaşdırma və idarəetmə, layihələrin idarə edilməsi, liderlik bacarıqları, dəyişikliyin idarə edilməsi mövzularını əhatə edib.

"ADA" Universitetinin ixtisasartırma proqramları üzrə prorektor müavini Aygün Hacıyeva tərəflər arasında əməkdaşlığın uzunmüddətli olacağına ümid etdiyini deyib. "DəmirBank"ın idarə heyətinin sədri Fərid Abuşov struktur bölmə rəhbərlərinin təlim layihəsində müvəffəqiyyətli iştirakını yüksək qiymətləndirərək, heyətin digər üzvlərinin də belə məhsuldar proqramlardan bəhrələnəcəyini və karyeralarında daha yüksək uğur qazanmalarına təkan verəcəyinə əminliyini vurğulayıb. Qeyd edib ki, bank gələcəkdə bu istiqamət üzrə layihələrin genişləndirilməsini və "ADA" Universiteti ilə yeni layihələrin başlanılmasını nəzərdə tutur.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.