İQTİSADİYYAT
“DəmirBank” müştərilərinə “Yığım” əmanəti təklif edir
Bakı, 31 mart AZƏRTAC
“DəmirBank”ın müştəriləri “Yığım” əmanət ilə gələcəklərini daha rahat təmin etmək üçün yığımla yanaşı faiz gəliri də əldə edə bilərlər.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bunun üçün istənilən şəxs minimum 10 manat ilkin mədaxil edərək bank filiallarında əmanət hesabı aça bilər. Maksimum 20 il müddətə açılan “Yığım” əmanətini manat və ya ABŞ dolları valyutasında yerləşdirmək mümkündür. Bununla yanaşı, əmanətin üzərinə istənilən vaxt əlavə məbləğ qoyula bilər. Əlavə olunan vəsaitin minimum məbləği isə məhdudiyyətsizdir.
Qeyd edək ki, “Yığım” əmanət məbləği 20 min manat və ya ABŞ dollarını keçməməlidir, keçdiyi təqdirdə müştərinin istəyi əsasında yığılmış məbləğ bankın digər müddətli depozit növlərindən birinə yerləşdirilə və ya götürülə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]