İQTİSADİYYAT


“DəmirBank” nizamnamə kapitalını 50 milyon artırır

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

“DəmirBank” ASC-nin nizamnamə kapitalı 50 milyon manat artırılacaq.

Bankdan AZƏRTAC-a bildirilib ki, bununla bağlı qərar “DəmirBank”ın səhmdarlarının avqustun 6-da keçirilmiş növbədənkənar yığıncağında qəbul olunub. Səhmdarların qərarı ilə bankın nizamnamə kapitalı əlavə səhmlərin emissiyası yolu ilə artırılacaq.

Əlavə səhm emissiyası nəticəsində bankın səhmdar kapitalı 3 dəfə artaraq aktivlərindəki payına görə ölkənin ən yüksək kapitallaşmaya malik olan maliyyə təşkilatlarından birinə çevriləcək. Səhmdarların qərarı ilə səhmlərin yerləşdirilməsi qapalı yerləşdirilmə üsulu ilə, əqdlərin Bakı Fond Birjasında qeydiyyatı vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, kapitalın artımı “DəmirBank”ın uzunmüddətli dayanıqlılığı və strateji inkişaf hədəflərinin reallaşmasına hesablanmış addım olaraq bankda gələcəkdə yeni layihə və investisiyaların daha da inamla tətbiqi üçün şərait yaratmış olacaq.

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.