İQTİSADİYYAT


DəmirBankın “149- Məlumat Mərkəzi” fasiləsiz fəaliyyət göstərəcək

A+ A

Bakı, 31 iyul, AZƏRTAC

DəmirBank həftənin bütün günləri fasiləsiz müştəri xidmətinin inkişafı məqsədilə, “149- Məlumat Mərkəzi”nin 24 saat iş rejimi fəaliyyətini tətbiq edib.

Bankdan AZƏRTAC-a verilən məlumata görə, müştərilər artıq həftənin 7 günü, 24 saat (bayram və qeyri-iş günləri daxil olmaqla) bankın zəng xidmətindən yararlana bilərlər. “149- Məlumat Mərkəzi”nə zəng etməklə, bankın göstərdiyi xidmətlər, məhsullar, cari aksiya və kampaniyalar haqda ətraflı məlumat əldə etmək mümkündür. Bundan əlavə, müştərilər istənilən vaxt Məlumat Mərkəzinə müraciət edərək, yaranmış sual, təklif və şikayətləri bildirə bilərlər.

Banka zəng qaydası şəhər nömrələrindən birbaşa 149, mobil rabitə operatorlarından isə 149 və ya 012 149–dur.

Bakı və regionlarda ən geniş filial şəbəkəsinə malik olan banklardan biri olaraq, DəmirBank gələcəkdə də fasiləsiz müştəri xidmətinin inkişafı və müştəri xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işləri davam etdirməyi planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.