İQTİSADİYYAT


“DəmirBank”ın “Mərkəz” filialından fasiləsiz valyuta mübadiləsi

A+ A

Bakı, 9 iyul, AZƏRTAC

“DəmirBank” “Mərkəz” filialında fasiləsiz valyuta mübadiləsi xidmətini təklif edir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, müştərilər “DəmirBank”ın Nizami küçəsi 111 ünvanında yerləşən “Mərkəz” filialında həftənin 7 günü, 24 saat (bayram və qeyri-iş günləri daxil olmaqla) sərfəli məzənnə ilə valyuta mübadiləsi əməliyyatlarını həyata keçirə bilərlər. Eyni zamanda, “Mərkəz” filialında bankın müştəriləri istənilən vaxt cari və əmanət hesablarına mədaxil, kredit sifarişlərinin və ödənişlərinin qəbulu, plastik kart əməliyyatları, təcili pul köçürmə sistemlərinin xidmətlərindən istifadə, kommunal ödənişlər, mobil rabitə operatorları, habelə internet provayderlər və kabel televiziya şəbəkələri üzrə abunə haqlarını ödəyə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.