İQTİSADİYYAT


“DəmirBank”ın bütün plastik kartları 3D Secure xidmətinə qoşulub

A+ A

Bakı, 4 sentyabr, AZƏRTAC

“DəmirBank” internet ödənişlərinin təhlükəsizliyini təmin etmək üçün bütün plastik kartlarını 3D Secure xidmətinə qoşub.

Bankdan AZƏRTAC-a bildiriblər ki, bu xidmət onlayn ödənişlərin təhlükəsizliyini daha da artırır və müştərilər pullarını internet fırıldaqçılardan qoruyaraq, alış-veriş prosesini asanlaşdırır.

Xidmətin işləmə mexanizmi çox sadədir. İnternet üzərindən ödəniş həyata keçirərkən bütün lazımi rekvizitlər qeyd olunduqdan sonra, müştəri şifrə qeyd etmək üçün xüsusi səhifəyə yönləndirilir. Şifrə müştərinin mobil nömrəsinə avtomatik olaraq SMS formasında göndərilir. Həmin şifrəni səhifədəki xüsusi xanaya qeyd edərək ödənişi təsdiq etmək mümkündür.

Şifrə bilavasitə ödəniş həyata keçirilən zaman göndərilir və yalnız həmin ödəniş üçün istifadə oluna bilər. Beləliklə, internet üzərindən kart sahibindən xəbərsiz heç bir ödəniş həyata keçirmək mümkün olmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.