İQTİSADİYYAT
“DəmirBank”ın depozit kampaniyasının bitməsinə bir həftə qalıb
Bakı, 3 may, AZƏRTAC
“DəmirBank”ın dollar əmanətləri üzrə həyata keçirdiyi depozit kampaniyasının bitməsinə bir həftə qalıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, kampaniya çərçivəsində bankın istənilən filialına yaxınlaşaraq dollarla əmanət yerləşdirmiş müştərilərə illik 7 faizlə yanaşı, yatırılan əmanət məbləğinin 2 faizədək hissəsi hədiyyə olaraq plastik kartda hədiyyə verilir. Əmanət 1 ay və ya 12 aylıq müddətə yerləşdirilməyindən asılı olmayaraq illik 7 faiz gəlir gətirir.
Kampaniya əmanətlərin sığortalanması fondu tərəfindən müəyyən edilmiş faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlərə də şamil olunur. Faiz gəlirlərini müştərinin istəyinə əsasən aylıq, rüblük və ya müddətin sonunda əldə etmək mümkündür.
Ətraflı məlumatı: (012) 149 məlumat mərkəzindən və http://www.demirbank.az/ www.facebook.com/demirbank.az səhifələrindən əldə etmək olar.