İQTİSADİYYAT


“DəmirBank”ın filiallarında pulsuz “Wi-Fi” fəaliyyət göstərir

A+ A

Bakı, 6 noyabr, AZƏRTAC

“DəmirBank”ın filiallarında müştərilərə pulsuz “Wi-Fi”ya qoşulmaq imkanı yaradılıb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, hazırda müştərilər “DəmirBank”ın istənilən Bakı şəhər filialında pulsuz “Wi-Fi” xidmətindən yararlana bilərlər. “Wi-Fi”ya qoşulmaq üçün tələb olunan şifrə “Q-matik” elektron növbə sistemindən çıxan qəbzdə qeyd olunur.

Belə ki, qeyd olunan xidmət müştərilərə heç bir vaxt itkisi olmadan təcili onlayn əməliyyatları həyata keçirmək, eləcə də gözləmə vaxtının maraqlı keçirilməsinə imkan yaradır.

“DəmirBank” qısa zamanda müştərilərin istifadəsinə yeni innovativ xidmətləri təqdim edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.