CƏMİYYƏT
Dəmir boruların içərisində gömrük nəzarətindən gizlədilən qızıl boyunbağılar aşkarlanıb
Bakı, 29 aprel, AZƏRTAC
Dəmir boruların içərisində gömrük nəzarətindən gizlədilən qızıl boyunbağılar aşkarlanıb.
Dövlət Gömrük komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun ixrac piyada keçid xəttində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə gedən Azərbaycan Respublikası vətəndaşının əl yüklərinə “Heimann X-ray” markalı rentgen aparatı vasitəsilə gömrük baxışı keçirilib. Yoxlama zamanı vətəndaşa məxsus 1 ədəd əl arabasının dəmir borularının içərisindən gömrük nəzarətindən gizlədilən, çəkiləri hər biri 18 və 19 qram olmaqla, ümumilikdə təqribi çəkisi 129 qram təşkil edən 7 ədəd qızıldan hazırlanan boyunbağılar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.