İQTİSADİYYAT


Dəmir yolu ilə sərnişin daşınmasında 33,4 faiz artım qeydə alınıb

Bakı, 27 iyun, AZƏRTAC

Dəmir yolu nəqliyyatı ilə bu ilin yanvar-may aylarında 6 milyon ton yük, 1 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 2,9 faiz, sərnişin daşınmasında isə 33,4 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 360 vaqon yüklənib, 419 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 13,7 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.