İQTİSADİYYAT


Dəmir yolunun Böyükşor-Sabunçu mənzilində 5,3 kilometr dəmir yolu əsaslı təmir olunur

Bakı, 23 yanvar, AZƏRTAC

Bakı sərnişin–Zabrat–Sumqayıt sərnişin dəmir yolu istiqamətində 29.2 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmiri sürətlə davam edir. İşlər mərhələ-mərhələ aparılır. Layihə çərçivəsində Böyükşor-Sabunçu mənzilində 5,3 kilometr uzunluğunda yolun əsaslı təmirinə başlanılıb. Artıq 2,3 kilometr köhnə yol sökülüb, təmir işləri 10 gün davam edəcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsinin kollektivi həyata keçirir.

Xatırladaq ki, Bakı sərnişin–Zabrat–Sumqayıt sərnişin dəmir yolu xəttinin əsaslı təmirinə 2016-cı il noyabr ayının 8-də start verilib. Bu günə kimi 6,5 kilometr yol qoyulub, eləcə də 5 dəst yoldəyişdirici qurğu quraşdırılıb.

Qeyd edək ki, bu yolun qoyuluşu başa çatdıqdan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci kilometr qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzilbaşına rahat və təhlükəsiz şəraitdə çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.