İQTİSADİYYAT


“Dəmirbank” müştərilərə əmanət yerləşdirərək yüksək gəlir əldə etməyi təklif edir

A+ A

Bakı, 2 oktyabr, AZƏRTAC

“DəmirBank” müştərilərə əmanət yerləşdirərək qısa müddətə yüksək gəlir əldə etməyi təklif edir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, belə ki, AZN əmanətləri üzrə faiz dərəcəsi 3 ay üçün illik 13 faiz, 6 ay üçün isə illik 14 faiz təşkil edir.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bu isə bankda 15 faizədək AZN valyutasında yerləşdirilmiş əmanətlərin fond tərəfindən sığortalanmasını təmin edir.

İstənilən şəxs minimum 100 AZN ilkin mədaxil edib əmanət hesabı açdırmaqla bu imkandan yararlana bilər. Müştəri öz istəyinə əsasən faiz gəlirlərini aylıq, rüblük və ya müddətin sonunda əldə edə bilər.

Qeyd etmək lazımdır ki, əmanət hesabını “DəmirBank”ın istənilən filialında açmaq mümkündür.

Ətraflı məlumatı bankın Məlumat Mərkəzindən: (012) 149 www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az saytlarından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.