İQTİSADİYYAT


Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin X plenumu keçirilib

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-də Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) növbəti X plenumu keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, MHİRK-in sədri Fəzail Bağırov son vaxtlar dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan uğurlar, qarşıda duran perspektiv vəzifələr haqqında danışıb.

MHİRK-in növbəti X plenumunun gündəliyində olan “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi ilə Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2014-2016-cı illər üçün Yolun sosial inkişafı üzrə bağlanmış Sazişin yerinə yetirilməsi haqqında” mövzusunda MHİRK-in təşkilat şöbəsinin müdiri Samir Böyükzadə məruzə edib. Məruzəçi əməyin mühafizəsi, təhlükəsizliyin təmin olunması, yeni texnologiyanın tətbiqi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Həmkarlar İttifaqı Komitəsinin sədri Səttar Mehbalıyev plenumda çıxış edərək öz fikir və mülahizələrini bildiriblər.

Müzakirələrdən sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi ilə MHİRK arasında 2014-2016-cı illər üçün Yolun sosial inkişafı üzrə bağlanmış Sazişin yerinə yetirilməsi qənaətbəxş hesab olunub.

Sonda Azərbaycan Dəmiryolçularının MHİRK-in X plenumu müvafiq qərar qəbul edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.