DÜNYA


Deniel Kreyqə Ceyms Bond barədə iki filmə görə 150 milyon dollar təklif edilib

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

Ceyms Bond barədə filmə çəkilən və layihədə sonrakı iştirakdan imtina edən britaniyalı aktyor Deniel Kreyq öz qərarını dəyişə bilər.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, “Agent 007” silsiləsindən iki növbəti filmdə çəkilmək üçün Deniel Kreyqə 150 milyon dollar qonorar ödənilə bilər. Xatırladaq ki, filmin son hissəsi üçün aktyorun qonorarı 65 milyon dollar təşkil edib.

“Bondiana”nın dörd seriyasında rol alan Deniel Kreyq əvvəllər bir daha layihəyə qayıtmaq fikrində olmadığını bildirirsə də, sonradan qərarını dəyişə biləcəyini demişdi.

Xarici KİV-lərin məlumatına əsasən, “Sony” studiyası Kreyqin layihəyə qayıtması üçün əlindən gələni edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.