CƏMİYYƏT


Dəniz Akademiyası Dəniz Universitetlərinin Beynəlxalq Assosiasiyasına üzv qəbul edilib

A+ A

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) Dəniz Universitetlərinin Beynəlxalq Assosiasiyasına üzv qəbul edilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Vyetnamın Hayfonq şəhərində Dəniz Universitetlərinin Beynəlxalq Assosiasiyasının illik konfransı keçirilib. Bu konfrans Assosiasiyaya üzv olan 60 dənizçilik ali təhsil müəssisəsinin ekspertlərini və rəsmi nümayəndələrini bir araya toplayıb.

Bu mötəbər beynəlxalq tədbirdə Assosiasiyaya yeni qoşulan ali təhsil müəssisələrinin adları açıqlanıb, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasına Dəniz Universitetlərinin Beynəlxalq Assosiasiyasının üzvlük sertifikatı təqdim olunub.

Təqdimat mərasimində ADDA-nın prorektoru Əlimərdan Quliyev iştirak edib. O, Akademiyanın tarixi, beynəlxalq əlaqələri, tədris prosesi, elmi nailiyyətləri haqqında məlumat verib. Əlimərdan Quliyev belə beynəlxalq tədbirlərin və görüşlərin qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsində və möhkəmlənməsində əhəmiyyətli rolunu vurğulayıb.

Konfransda Assosiasiyaya üzv universitetlərin professor-müəllim heyətinin ixtira və layihələrinin təqdimatı, dəstəklənməsi, onların praktikada tətbiqi barədə müzakirələr və ətraflı fikir mübadiləsi aparılıb.

Növbəti illik toplantıların 2017-ci ildə Varnada (Bolqarıstan), 2018-ci ildə isə Barselonada (İspaniya) keçirilməsi qərara alınıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.