SİYASƏT


“Dəniz Kuboku–2017” müsabiqəsində “üzən mina” hədəfinə artilleriya atışları keçirilib VİDEO

Bakı, 5 avqust, AZƏRTAC

“Dəniz Kuboku–2017” müsabiqəsi çərçivəsində “Üzən minaya artilleriya atışı” üzrə 3-cü epizod icra edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq hakimlər briqadasının qərarına görə, bu epizodun yerinə yetirilməsinin nəticələrinə əsasən birinci yerə 50 xalla Rusiyanın “Qrad Sviyajsk” kiçik raket gəmisinin ekipajı, ikinci yerə 48 xalla Azərbaycanın “G-124” gözətçi gəmisinin ekipajı, üçüncü yerə 46 xalla Qazaxıstanın “Sarıarka” raket artilleriya gəmisinin ekipajı və dördüncü yerə 44 xalla İranın “Cövşən” raket katerinin ekipajı layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.