ORDU
“Dəniz Kuboku - 2017” beynəlxalq müsabiqəsinin işçi görüşünün protokolu imzalanıb
Bakı, 17 mart, AZƏRTAC
Martın 17-də Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycan, Rusiya və Qazaxıstan nümayəndə heyətləri rəhbərlərinin iştirakı ilə cari ilin avqustunda ölkəmizin ərazi sularında keçirilməsi planlaşdırılan “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin işçi görüşünün yekununa dair birgə protokol imzalanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənəddə yarışlarda iştirak edəcək ölkələrin suüstü gəmilərinin heyətləri arasında dəniz vərdişləri üzrə müsabiqənin keyfiyyətli təşkili və keçirilməsi məsələləri əks olunub.
Protokolda müsabiqənin təşkil olunacağı yerə baxışın keçirilməsi, maddi-tədris bazasının hazırlanması, iştirakçıların, o cümlədən müxtəlif nümayəndələrin qarşılanması, yerləşdirilməsi, təminatı və yola salınması, həmçinin bir sıra digər məsələlər nəzərdə tutulur.