SİYASƏT


“Dəniz kuboku-2017” yarışlarının planlaşdırılması ilə əlaqədar İran nümayəndə heyəti Bakıda olub

Bakı, 22 iyun, AZƏRTAC

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz kuboku-2017” beynəlxalq yarışlarının planlaşdırılması ilə əlaqədar İran İslam Respublikasının nümayəndə heyəti Bakıda olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Hərbi Dəniz Qüvvələrində keçirilən görüşdə təlimin qaydaları, təhlükəsizlik, rabitə mübadiləsi və mədəni-ictimai tədbirlər kimi mövzularda müzakirələr aparılıb.

Qonaqlar oyunların keçiriləcəyi təlim-tədris kompleksinə də baxış keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.