SİYASƏT


“Dəniz kuboku - 2017” müsabiqəsinin iştirakçıları arasında voleybol yarışı təşkil olunub

Bakı, 6 avqust, AZƏRTAC

“Dəniz kuboku - 2017” müsabiqəsinin iştirakçıları arasında voleybol yarışı təşkil olunub.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “G-124” gözətçi gəmisi, Rusiya Hərbi Dəniz Qüvvələrinin “Qrad Sviyajsk” kiçik raket gəmisi, İran Hərbi Dəniz Qüvvələrinin “Cövşən” raket kateri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Sarıarka” raket-artilleriya gəmisinin heyətləri arasında avqustun 6-da voleybol üzrə yoldaşlıq görüşləri keçirilib.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin idman meydançasında keçirilən oyunlar olimpiya sistemi üzrə təşkil olunub.

Rusiya və İran komandaları arasındakı ilk görüşdə İran dənizçiləri uğur qazanıb.

Azərbaycan və Qazaxıstan komandaları arasında keçirilən görüşdə isə meydan sahibləri qalib gəliblər.

Gərgin final oyununda Azərbaycan dənizçiləri İran komandasına qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Üçüncü yer uğrunda görüşdə isə Rusiya dənizçiləri Qazaxıstan komandasından üstün olublar.

Sonda komandalara medallar, fəxri fərmanlar, hədiyyələr və kuboklar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.