CƏMİYYƏT


Dəniz suyunun faydalı təsiri

Bakı, 17 iyun, AZƏRTAC

Yay istirahətini keçirmək üçün ən çox üz tutulan ünvanlardan biri də mavi dəniz sularıdır. Çimərlik mövsümündə dənizdə çimmək çox faydalıdır. Dəniz suyunun tərkibi qanın tərkibinə çox yaxındır.

AZƏRTAC xəbər verir ki, suyun tərkibində olan mikroelementlərin müxtəlifliyi orqanizmə şəfaverici təsir göstərir. Məsələn, maqnezium immuniteti bərpa edir, kalsium sümükləri möhkəmləndirir, yod orqanizmin mübadilə prosesini, kalium qan təzyiqini normalaşdırır, brom sinirləri sakitləşdirir. Çimərkən mübadilə prosesinin fəallaşması hesabına orqanizmdə bir çox müsbət dəyişikliklər baş verir. Dəri örtüyünün məsamələri təmizlənir, mübadilə prosesləri sürətlənir, zərərli maddələr kənarlaşır, orqanizm bərpa olunur və cavanlaşır. Əbəs yerə dənizdə üzməyi damarların möhkəmləndirilməsi və əzələlərin rahatlaşmasına yönəldilmiş professional masajla eyniləşdirmirlər. Suyun temperaturu həmişə bədənin temperaturundan aşağı olduğuna görə orqanizm xarici mühitə uyğunlaşmağa çalışır. Bədən hərarəti azalır, damarlar daralır, xarici temperatura öyrəşəndən sonra damarlar yenidən genişlənir. Bu, nəinki damarları möhkəmləndirir, həm də mübadilə sistemini sürətləndirir, arıqlamağa kömək edir.

Talassoterapiya dəniz və dəniz məhsulları ilə kompleks müalicədən, çimmə, hidromasaj, müalicəvi palçıq və yosun sarğıları kimi müalicəvi və profilaktik prosedurlardan ibarətdir. Xroniki yorğunluq, stress, damar və oynaq xəstəliklərində, sellülitin ağır formalarında olduqca faydalı təsirə malikdir.

Təcrübə göstərir ki, dənizdə çiməndən sonra bədəndə olan cızıq və çapıqlar tez sağalır, hematoma və göyərtilər itir. Həmin keyfiyyətlərinə görə ağciyər xəstəlikləri, səs tellərinin bərpası və bütün növ boğaz xəstəlikləri zamanı dəniz suyu məsləhət görülür.

Üzgüçülüklə məşğul olmaq istisnasız olaraq orqanizmin bütün əzələlərini möhkəmləndirir. Bu, nəinki fitnes, həm də əhval-ruhiyyəni qaldırmaq üçün əla vasitədir.

Dəniz kənarında qəbul edilən hava orqanizmi brom və maqnezium ionları ilə zənginləşdirir. Yod hissəcikləri ilə doymuş oksigen isə ağciyər xəstəliklərinin müalicəsində çox faydalı təsir göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.