Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Dənizçi Günü”, Dəniz nəqliyyatı işçilərinin peşə bayramı qeyd edilib

Bakı, 25 iyun, Elvin Camalov, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə hər ilin 25 iyun tarixi Azərbaycan Respublikasında “Dənizçi Günü” peşə bayramı elan edilib.

AZƏRTAC xəbər verir ki, Dövlət Dəniz Administrasiyasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri iyunun 25-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn ziyarətçilər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən dənizçilərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Təlim-Tədris Mərkəzində yeni dinamik mövqeləşdirmə (DP2) trenajorunun istifadəyə verilməsi mərasimi də keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev iştirak ediblər.

Bildirilib ki, dinamik mövqeləşdirmə sistemi gəminin hərəkətvericilərindən aktiv istifadə edərək, onun mövqeyini və kursunu avtomatik rejimdə tam nəzarət altında saxlamağa imkan verir. DP-2 trenajoru dəniz əməliyyatlarında iştirak edən gəmi sürücülərinin hazırlanmasında çox böyük rola malikdir. Bu simulyator dənizçilərə yüksək səviyyəli təlim keçməyə imkan verəcək.

Eyni zamanda dənizçilər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin inzibati binasında yeni istifadəyə verilmiş Gəmiçiliyin tarixini əks etdirən muzeylə tanış olublar, eksponatlara baxıblar.

Daha sonra dənizçilərin peşə bayramı münasibətilə Gəmiçiliyin akt zalında tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov dənizçiləri peşə bayramları münasibətilə təbrik edib, son illər dəniz nəqliyyatında əldə olunan uğurlardan, həyata keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, Azərbaycan Respublikası 1995-ci ildən Beynəlxalq Dəniz Təşkilatına üzv olub. Azərbaycanda dənizçilərin hazırlanması və sertifikatlaşdırılma prosesinin Beynəlxalq Dəniz Təşkilatının müstəqil ekspertləri tərəfindən audit yoxlanışının nəticəsi müsbət qiymətləndirilib. Bu uğurlu nailiyyət barədə Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin cari ilin mayın 11-20-də keçirilən 96-cı sessiyasında müvafiq qərar qəbul edilib.

Q.Qurbanov qeyd edib ki, son illər ərzində bir çox uğurlar əldə edilib. Dövlət Dəniz Administrasiyası tərəfindən həyata keçirilən səmərəli və effektiv fəaliyyətin göstəricisi olaraq Azərbaycan Respublikasının Beynəlxalq Dəniz Təşkilatının “Ağ siyahısı”nda yer alması və respublikamızda dənizçilərə verilən diplom və sertifikatların bütün dəniz dövlətləri tərəfindən tanınması bu uğurlar siyahısındadır.

“Azərbaycanın müstəqilliyinin ilk dönəmlərində gəmilərimiz məlum və qeyri-məlum səbəblərdən mənimsənilirdi. Lakin ulu öndər Heydər Əliyevin bu sahəyə ayırdığı diqqət nəticəsində Azərbaycan gəmilərinin mənimsənilməsinin qarşısı alındı, gəmilərimiz qorunub saxlanıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərdiyi qayğı nəticəsində bazamızda olan gəmilərin sayı daha da artmaqda davam edir. Respublikamızda qabaqcıl dəniz dövlətləri ilə rəqabətə davamlı dəniz nəqliyyatı sahəsinin formalaşması bu sahədə yeni-yeni uğurların əldə olunacağını və davamlı inkişafın təmin ediləcəyini əminliklə söyləməyə əsas verir. Bu gün dəniz nəqliyyatı dövlətin xüsusi diqqətində olan prioritet sahələrdəndir”, - deyə Q.Qurbanov vurğulayıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev dənizçilərin peşə bayramı münasibətilə onları təbrik edib, hər birinə işlərində uğurlar arzulayıb.

QSC sədri bildirib ki, yerli və beynəlxalq daşımaların səmərəliliyinin artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə 2013-cü ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən yaradılmış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün Xəzərdə və Xəzərdənkənar hövzələrdə rəqabətədavamlı və beynəlxalq standartlara uyğun dəniz xidmətləri göstərən nüfuzlu və çevik gəmiçilik şirkəti qurmaq, kommersiya baxımından səmərəli fəaliyyəti təmin etmək, Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsinə əhəmiyyətli töhfə vermək, gəmiçilik sahəsində yüksəkixtisaslı yerli kadrların formalaşmasına nail olmaq əzmindədir. Bu istiqamətdə artıq xeyli iş görülüb.

R.Vəliyev qeyd edib ki, gəmiçiliyin rəhbərliyi ilk növbədə 5 illik hədəfləri müəyyənləşdirib. Bunlar AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması və Xəzərdənkənar fəaliyyətinin bərpası, donanmaların yenilənməsi, beynəlxalq idarəetmə və maliyyə sisteminin tətbiqi, fəaliyyətin beynəlxalq auditinin keçirilməsi, müvafiq beynəlxalq sertifikatların və kredit reytinqinin alınması, mövcud infrastrukturun və maddi-texniki təchizat bazasının təkmilləşdirilməsi, işçilərin rifahının mütəmadi yaxşılaşdırılması, kadr hazırlığı və sair hədəflərdir.

“Ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublikamıza rəhbər təyin edilməsi ilə iqtisadiyyatımızın bir çox sahələri kimi, neft sənayesində də yeni inkişaf dövrü başladı. Həmin dövrdə neft-qaz ehtiyatlarının çox hissəsinin yerləşdiyi dəniz yataqlarının kəşf edilib istismara verilməsi xeyli sürətləndi. Dənizdə bir-birinin ardınca çoxsaylı neft-qaz yataqlarının, o cümlədən zəngin “Günəşli” yatağının kəşfi məhz Ulu Öndərin rəhbərlik illərinə təsadüf edir. Dənizdəki neft-qaz yataqlarının genişmiqyaslı işlənməyə cəlb edilməsi Xəzər Dəniz Neft Donanmasının da imkanlarını xeyli artırdı. 80-ci illərdən başlayaraq dənizin dərin sahələrində yerləşən neft-qaz yataqlarının mənimsənilməsini təmin etmək üçün daha müasir və güclü gəmilərin tikilməsinə ehtiyac duyuldu. Ona görə də 1980-ci ildən bu donanmaya xarici ölkələrdə - Almaniya, Finlandiya, Norveç, Polşa, Yuqoslaviya, Bolqarıstan və Fransada inşa edilmiş gəmilər alındı. Oxşar proses Xəzər Dəniz Gəmiçiliyində də gedirdi. Xorvatiyada sifariş verilmiş 8 gəmi-bərə keçmiş SSRİ-nin başqa gəmiçiliklərinə verilmədi, Moskvada Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyevin şəxsi göstərişi ilə Bakıya gətirildi. Belə faktlar çoxdur. Dənizçilər bunu yaxşı bilir, yüksək qiymətləndirirlər”, - deyə R.Vəliyev vurğulayıb.

Gəmiçiliyə beynəlxalq sertifikatların verilməsi və kredit reytinqinin alınması barədə fikir bildirən QSC sədri deyib ki, “Ernst & Young” şirkəti beynəlxalq standartlara uyğun hazırlanmış maliyyə hesabatlarının və Davamlı inkişaf haqqında hesabatın auditini həyata keçirərək müsbət rəy verib, “Fitch Rating” şirkəti ilə Gəmiçiliyə kredit reytinqinin alınmasına dair əməkdaşlıq sahəsində uğurlu iş aparılıb.

Rauf Vəliyev Gəmiçilikdə Gənclər və kadr siyasətindən, AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması istiqamətində atılan addımlardan, Xəzərdənkənar fəaliyyətin bərpası və donanmaların yenilənməsindən ətraflı söhbət açdı, qarşıda daha əhəmiyyətli vəzifələrin durduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilk növbədə dəniz nəqliyyatına dövlətimizin dəstəyinə, xüsusilə də Prezident İlham Əliyevin daimi diqqətinə güvənir. Son dövrdə imzalanmış Fərman və Sərəncamlar strateji əhəmiyyət daşıyır. Belə ki, Xəzər Dəniz Gəmiçiliyinin inkişaf istiqamətlərinin müəyyən edilməsi, 2016-2020-ci illərdə Azərbaycan Respublikasında gəmiçiliyin inkişafına dair Dövlət Proqramının hazırlanması ölkə rəhbərliyinin diqqət mərkəzində olmaqla yanaşı, Gəmiçilik qarşısında qlobal vəzifələr qoyur. Bu gün Xəzər regionunda bir sıra irimiqyaslı beynəlxalq layihələr həyata keçirilir. Şərq-Qərb, eləcə də Şimal-Cənub istiqamətlərində nəqliyyat dəhlizlərinin inkişafına yönəlmiş bu layihələr – Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanla İran arasında dəmir yolu xəttinin tikintisi, Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin yekunlaşdırılması, Azərbaycanın “Viking” layihəsinə qoşulması Gəmiçilik üçün yeni hədəflər müəyyənləşdirir. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi qarşıda duran bütün məqsədlərə nail olmaq və yeni uğurlara imza atmaq üçün tam gücü ilə çalışır.

Həmçinin Rauf Vəliyev 2016-cı ilin ilk yarısında Gəmiçiliyin daxili maliyyəsi ilə 55 milyon dollara 9 gəminin alındığını söyləyib. Bu gəmilərdən 3 ədədi Azərbaycanda inşa edilib, digər 6 ədədi isə alınıb.

Mərasimdə “Rusiya Dəniz Registri Azərbaycanda” QSC-nin sədri Şaban Quliyev və başqaları son illərdə dəniz nəqliyyatının inkişafında müşahidə edilən müsbət dəyişikliklərdən və müasir tendensiyalardan danışıb, peşə bayramını qeyd edən dənizçiləri və onların ailələrinin hər bir üzvünü təbrik edib, zəngin təcrübəyə malik Azərbaycan dənizçilərinin onlara göstərilən yüksək etimadı layiqincə doğruldacağına əminliyini ifadə edib.

Əməkdə fərqlənənlərə “Dənizçi günü” münasibətilə “Dəniz Donanmasının fəxri işçisi” döş nişanları təqdim olunub.

Sonda tədbir iştirakçılarına Gəmiçiliyin fəaliyyəti və inkişafı haqqında korporativ film nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasıyası müsbət dinamika ilə inkişaf edir"

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir