CƏMİYYƏT


Dənizkənarı Bulvar İdarəsində qanvermə aksiyası keçirilib

Bakı, 21 iyul, AZƏRTAC

İyulun 21-də Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsində qanvermə aksiyası keçirilib.

İdarədən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları hər bir donorun sağlamlığını yoxlayıblar. Sonra qan verməsi uyğun olan şəxslərin aksiyada iştirakına icazə verilib.

Qanvermə aksiyasında Dənizkənarı Bulvar İdarəsinin 100-ə yaxın əməkdaşı iştirak edib. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi belə aksiyaların gələcəkdə də keçirilməsini nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.