İDMAN
Dənizkənarı Milli Parkda “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı maraqlı şou proqram və möhtəşəm atəşfəşanlıq təşkil olunmuşdur VİDEO
Bakı, 12 iyun (AZƏRTAC). “Bakı-2015” ilk Avropa Oyunlarına bir il qalması ilə bağlı geriyə sayımın başlanması münasibətilə iyunun 11-də Dənizkənarı Milli Parkda möhtəşəm tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində xüsusi su şousu, lazer effekti və konsert proqramı olmuşdur.
Sonda atəşfəşanlıq təşkil edilmişdir.
Şou proqram və atəşfəşanlıq paytaxt sakinlərində və qonaqlarda xoş ovqat yaratmışdır.
Qeyd edək ki, birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcəkdir. Bu oyunlar 19 idman növünü əhatə edəcəkdir. Bunlardan 16-sı Olimpiya idman növü, üçü qeyri-olimpiya idman növü olacaqdır. Altı mindən artıq idmançının mübarizə aparacağı “Bakı-2015”də səkkiz idman növü 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaqdır.