İDMAN


Dənizkənarı Milli Parkda Beynəlxalq Olimpiya Günü qeyd olunub

Bakı, 30 iyun, AZƏRTAC

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), “Bir” tələbə könüllü proqramının və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin dəstəyi ilə Dənizkənarı Milli Parkda Beynəlxalq Olimpiya Günü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd insanlar, xüsusilə uşaqlar arasında Olimpiya hərəkatını və sağlam həyat tərzini geniş təşviq etməkdir.

Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib ki, Milli Olimpiya Komitəsi 1996-cı ildən etibarən hər il Beynəlxalq Olimpiya Gününü qeyd edir. Bu gün aramızda olan fəal gənclərin idmana marağı bizi sevindirir. Hər il Olimpiya Günü bütün dünyaya idman sevincini bölüşmək, idman növləri ilə məşğul olmaq və Olimpiya dəyərləri ətrafında birləşməyə imkan verir.

Bildirilib ki, müasir Olimpiya Oyunlarının banisi fransız maarifçi Pyer de Kubertendir. 1884-cü il iyunun 23-də Sobron Universitetində Kuberten tərəfindən təşkil edilən Beynəlxalq Paris Konqresində rəsmi olaraq Olimpiya hərəkatının və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yaradılması elan edilib. Bu günün şərəfinə ilk dəfə 1948-ci il iyunun 23-də dünyanın doqquz ölkəsində - Portuqaliyada, Yunanıstanda, Avstriyada, Kanadada, İsveçrədə, Böyük Britaniyada, Uruqvayda, Venesuelada və Belçikada Olimpiya Günü qeyd olunub. Həmin gün Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Ziqfrid Edstrom dünyanın bütün gənclərinə müraciətlə çıxış edib. Sonralar Beynəlxalq Olimpiya Komitəsi prezidentinin Olimpiya Günü ərəfəsində bayram iştirakçılarına müraciəti ənənə halını alıb.

Sonra Olimpiya Günü mərasiminin fəxri qonağı olan Olimpiya çempionları Rəfiqə Şabanova, Zemfira Mehtahətdinova, Fərid Mansurov, Namiq Abdullayev, Olimpiya mükafatçısı İradə Aşumova fiziki fəallığın gündəlik həyatda vacib rol oynamasından danışıblar.

Beynəlxalq Olimpiya Günü münasibətilə keçirilən yarışlarda 200-ə yaxın məktəbli və tələbə iştirak edib. Yarışlarda ilk üç yeri tutan iştirakçılar xüsusi mükafatlar və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) diplomları ilə təltif olunublar. Bütün iştirakçılara BOK-un müvafiq sertifikatları təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.