DÜNYA


“Depeche Mode” qrupunun Minskdə konserti təxirə salınıb

Bakı, 18 iyul, AZƏRTAC

Britaniyanın məşhur “Depeche Mode” qrupunun Belarusun paytaxtı Minskdə bu gün keçirilməsi planlaşdırılan konserti təxirə salınıb.

AZƏRTAC post-punk.com saytına istinadla xəbər verir ki, buna səbəb qrupun vokalçısı Deyv Qahanın xəstələnməsi olub. Konsert təşkilatçılarının verdiyi məlumata görə, musiqiçi kəskin bağırsaq infeksiyası diaqnozu ilə Minsk şəhərinin xəstəxanalarından birinə çatdırılıb. Yaşanan hadisədən sonra qrupun Ukraynadakı konsertinin də keçirilməsi sual altındadır.

Qeyd edək ki, “Depeche Mode” qrupunun mayın 5-dən başlanan turnesi iyulun 23-də Rumıniyada yekunlaşmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.