DÜNYA


Deputatlar nazirlərə hücum edirlər

A+ A

Praqa, 15 sentyabr, AZƏRTAC

Çexiya Deputatlar Palatasının bugünkü iclasında millət vəkilləri mənafelərin münaqişəsi haqqında qanunu sərtləşdiriblər. Qızğın diskussiyalardan sonra deputatlar sosial-demokrat Yan Xvoykanın təklif etdiyi layihəni qəbul ediblər.

Bu layihəyə görə, nazirlər kabinetinin üzvlərinin dövri nəşrlərin, radio və televiziya stansiyalarının sahibləri olması qadağan edilir. Qanun layihəsi ilk növbədə Çexiyanın maliyyə naziri, milyarder Andrey Babişə aiddir. Məsələn, gündəlik “MFDnes” qəzetini Babişə məxsus olan “Mafra” nəşrlər evi dərc edir. “Oçko” əyləncə kanalı da maliyyə idarəsi başçısının mülkiyyətidir.

Gözlənildiyinə görə, bu norma 2017-ci ildən qüvvəyə minə bilər, lakin əvvəlcə onu Çexiya Senatı müzakirə etməli və prezident imzalamalıdır.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.