İQTİSADİYYAT
“Dərinsulu Günəşli” platformasında aparılan profilaktik işlər başa çatdırılıb
Bakı, 14 sentyabr, AZƏRTAC
“Dərinsulu Günəşli” platformasında aparılan profilaktik işlər sentyabrın 11-də uğurla və təhlükəsiz şəkildə başa çatdırılıb, platforma sentyabrın 12-də səhər saatlarında yenidən işə salınıb. Hazırda platformadan hasilat tədricən artırılaraq əvvəlki səviyyəyə çatdırılmaqdadır.
Bu barədə AZƏRTAC-a “Azəri-Çıraq-dərinsulu Günəşli” (AÇG) yatağının işlənməsi layihəsinin əməliyyatçısı BP şirkətindən bildirilib.
Qeyd edək ki, AÇG-nin illik iş proqramının bir hissəsi olaraq sentyabr ayının 1-dən başlayaraq təxminən 11 gün ərzində “Dərinsulu Günəşli” platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]