CƏMİYYƏT
“Dərinsulu Günəşli” platformasında çalışan işçi itkin düşüb
Bakı, 8 noyabr, AZƏRTAC
“Dərinsulu Günəşli” platformasındakı qazma podratçısının bir işçisi bu gün səhər itkin düşüb.
“Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP şirkətindən AZƏRTAC-a bildirilib ki, hadisənin təfərrüatları hazırda araşdırılır.
BP öz qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib. İtkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görülür. Xəzər dənizində axtarış və xilasetmə resursları da hazırda səfərbər olunub.
Həmin şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılıb. BP hadisə ilə bağlı cavab tədbirləri görmək üçün hökumət orqanları ilə sıx işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]