CƏMİYYƏT


Dərmanların qeydiyyatı və qiymətlərin tənzimlənməsi qaydalarında müəyyən düzəlişlər ediləcək

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Tarif Şurası və Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda dərmanların qiyməti 2-3 dəfə enib. Ümumilikdə isə ölkəmizdə dərmanların 90 faizinin qiyməti düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında məlumat verib. Bunun mütəmadi proses olduğunu deyən E.Ağayev bildirib ki, yeni qeydiyyatdan keçirilən dərman preparatlarının qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək.

Dərman şirkətlərinin xarici valyuta ilə bağlı Azərbaycan hökumətinə ünvanladığı müraciətə toxunan nazir müavini deyib ki, bu məsələ artıq müsbət həllini tapıb. O, dərmanların qeydiyyatı və qiymətlərinin tənzimlənməsi qaydalarında müəyyən düzəlişlər ediləcəyini də söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.