MƏDƏNİYYƏT


“Dərs” filmi Hindistanın beynəlxalq film festivalına dəvət alıb

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi Hindistanın 5-ci Delhi Beynəlxalq Film Festivalının müsabiqə proqramına dəvət alıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, festival dekabrın 3-dən 9-dək Yeni Delhi şəhərində keçiriləcək.

“Dərs” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.

Qeyd edək ki, filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münxen Film Festivalında baş tutub. Film Rusiyanın 25-ci “Kinoşok” Beynəlxalq Film Festivalının “KinoMalıŞok” proqramında “Ən yaxşı film”, Belarusun 23-cü “Listapad” Minsk Beynəlxalq Film Festivalında “Qızıl Listapadik” mükafatlarına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.