MƏDƏNİYYƏT


“Dərs” filmi “Listapad” film festivalında nümayiş olunacaq

A+ A

Bakı, 24 oktyabr, AZƏRTAC

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi “Listapad” XXIII Beynəlxalq Minsk Film Festivalına dəvət alıb. Festival noyabrın 4-dən 11-dək Belarusun paytaxtı Minsk şəhərində baş tutacaq.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, “Dərs” festivalın “Listapadik” uşaq filmləri müsabiqə proqramı çərçivəsində nümayiş etdiriləcək. “Listapadik” müsabiqə proqramında Azərbaycanla yanaşı, Belçika, Bolqarıstan, Almaniya, Fransa və ABŞ rejissorlarının filmləri yer alıb.

Qeyd edək ki, “Dərs” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırırlar.

Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münxen Film Festivalında baş tutub.

“Dərs” Rusiyanın 25-ci “Kinoşok” beynəlxalq film festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film” nominasiyasında qalib olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.