MƏDƏNİYYƏT


“Dərs” filmi məktəblilər üçün nümayiş olunub

Bakı, 10 fevral, AZƏRTAC 

Gənclərdə milli filmlərə marağın artırılması məqsədilə təşkil olunan “Milli kino – sərvətimizdir” layihəsi çərçivəsində Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi nümayiş etdirilib.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, “Gənc novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən layihədə 400-ə yaxın məktəbliyə, həmçinin “Sehrli xalat”, “Bir qalanın sirri”, “Şərikli çörək”, “Ögey ana” bədii filmləri təqdim edilib.

“Dərs” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.

Qeyd edək ki, “Dərs” filmi “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində martın 9-dan etibarən Nizami Kino Mərkəzi, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.