Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Dərsliklərin standartlara uyğunluğuna, xüsusən də elmi məzmununa ciddi diqqət yetirilməlidir

Dərsliklərin standartlara uyğunluğuna, xüsusən də elmi məzmununa ciddi diqqət yetirilməlidir

Bakı, 21 iyul, AZƏRTAC

Son vaxtlar X sinif “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin layihələri mətbuatda geniş müzakirəyə səbəb olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsi bu məsələ ilə bağlı institutun direktoru, akademik Yaqub Mahmudovdan AZƏRTAC üçün məxsusi açıqlama alıb. Tarixçi-alimin açıqlamasında deyilir:

-Son vaxtlar kütləvi informasiya vasitələrində ümumtəhsil məktəblərinin X sinfi üçün kurikulum əsasında yeni tərtib edilmiş “Azərbaycan tarixi” və “Ümumi tarix” dərslikləri ilə əlaqədar geniş ictimai müzakirələr aparılıb. Bu, müsbət haldır. Bu müzakirələri biz Tarix İnstitutu olaraq normal hal hesab edirik. Lakin bəzi yazılarda Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu ilə Təhsil Nazirliyi arasındakı ənənəvi işgüzar münasibətlər üzərinə kölgə salmaq cəhdlərini tamamilə əsassız və qeyri-etik sayırıq. Birmənalı şəkildə bəyan edirik ki, Təhsil Nazirliyi rəhbərliyinin təhsilimizi inkişaf etdirməyə yönəlmiş yenilikçi fəaliyyətini, o cümlədən orta məktəblərin keyfiyyətli dərsliklərlə təmin edilməsi sahəsindəki səylərini yüksək qiymətləndiririk. Tarix İnstitutu və Təhsil Nazirliyi arasındakı sıx əməkdaşlığın bariz nümunəsidir ki, ümumtəhsil məktəblərinin V, VII-IX sinifləri üçün “Azərbaycan tarixi” və VII-IX sinifləri üçün “Ümumi tarix” dərslikləri tarixçi alimlərimizin müəllifliyi ilə nəşr edilib. Tarix İnstitutunun rəhbərliyi, həmçinin “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsi çərçivəsində orta məktəblərdə müntəzəm surətdə görüşlər keçirir, şagirdlərə Azərbaycanın görkəmli dövlət xadimləri, sərkərdələri, elm və mədəniyyət xadimləri haqqında obyektiv informasiya çatdırılmasına fəal surətdə kömək göstərir. İnstitutda tez-tez orta məktəb şagirdləri ilə görüşlər keçirilir.

Bu cür normal münasibətlərin nəticəsidir ki, Təhsil Nazirliyi 2017-ci il aprelin 4-də 2-8-12/16 saylı məktubla Tarix İnstitutuna müraciət edərək ümumtəhsil məktəblərinin X sinfi üçün kurikulum əsasında yeni tərtib edilmiş “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin layihələri ilə tanış olmağı, təklif və iradlarını bildirməyi xahiş edib. Tarix İnstitutunun rəhbərliyi bu müraciətə cavab olaraq institutun görkəmli alimləri və dərslik yazılması sahəsində səriştəsi olan mütəxəssislərdən ibarət işçi qrup yaradıb. İşçi qrupu yuxarıda göstərilən dərsliklərin layihələrini diqqətlə ekspertizadan keçirib və ciddi qüsurlar aşkar edib. Müəyyən edilib ki, dərslik layihələrinin müəllifləri çoxlu sayda plagiat hallarına, elmi səhvlərə, təhriflərə, təkrarlara, orfoqrafiya və üslub xətalarına yol verib. Dərslik layihələri kurikulum tələblərinə uyğun tərtib edilməyib. “Azərbaycan tarixi” dərsliyi xronoloji cəhətdən ən qədim çağlardan XIX əsrin əvvəllərinə, yəni, Azərbaycanın Rusiya və Qacarlar dövlətləri arasında bölüşdürülməsinə qədərki dövrü əhatə etməli olduğu halda, XVIII əsrin sonunda xanlıqların bir qismindən bəhs etməklə yekunlaşdırılıb.

Hər iki dərslikdə aşkar edilən nöqsanlar və plagiat faktları haqqında Təhsil Nazirliyinin rəhbərliyinə Tarix İnstitutunun cavab məktubunda geniş məlumat verilib. Bu məlumatdan dərhal sonra “ən yaxşı” dərslik kimi yüksək bal verilən “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin müəllifləri bəzi nöqsanları tələm-tələsik aradan qaldırıb, eyni zamanda, çoxlu sayda digər qüsur və plagiat faktlarının müdafiəsinə qalxıblar.

Dərslik yazılması kimi son dərəcə məsuliyyətli və ciddi bir işə belə yanaşmaya cavab olaraq işçi qrupunun üzvləri dərsliklərdə aşkar etdikləri ciddi qüsurlar və plagiat faktları haqqında ictimaiyyətə açıqlamalar verməli olublar. Dərslik layihələrinin müəllifləri bunu hiddət və əsəbiliklə qarşılayıb, nöqsanlara və plagiat faktlarına haqq qazandırmaq mövqeyindən cavablar veriblər.

Tarix İnstitutunun rəhbərliyi bəyan edir ki, orta ümumtəhsil məktəbləri üçün yüksək peşəkarlıqla yazılmış, şagirdlərimizdə Vətənimizə, xalqımıza sevgi aşılayan, keçmişimizlə qürur duymağa, tarixi şəxsiyyətlərimizi olduğu kimi tanımağa, fəaliyyətlərini obyektiv qiymətləndirməyə imkan verən yüksək keyfiyyətli dərsliklər hazırlanmasını çox mühüm dövlət əhəmiyyətli strateji vəzifə sayır və bu sahədə əvvəlki kimi, yenə də Təhsil Nazirliyi ilə əməkdaşlıq etməyi çox vacib hesab edir.

Təqdirəlayiq haldır ki, Təhsil Nazirliyinin 2017-ci il iyulun 7-də Tarix İnstitutuna ünvanladığı 02-08-1458/16 saylı cavab məktubunda bu elm müəssisəsinin dərsliklərin ideologiyası, yazı üslubu və s. ilə bağlı narahatlığını qəbul etdiyini bildirib və tarix fənni üzrə növbəti dərslik layihələrinin qiymətləndirmə qruplarının tərkibinə “Azərbaycan tarixi” və “Ümumi tarix” fənlərinin hər biri üzrə Tarix İnstitutundan bir nəfər əməkdaşın ekspert kimi namizədliyinin təqdim edilməsi təklifini irəli sürüb. Tarix İnstitutunun rəhbərliyi bu təklifi təhsilin elmlə inteqrasiyasını daha da inkişaf etdirmək istəyi kimi məmnuniyyətlə qəbul edir.

Azərbaycan Respublikası Prezidentinin Tarix İnstitutunu respublikada tarix üzrə araşdırmaların başlıca və əsas mərkəzi kimi dəyərləndirməsinin bütün məsuliyyətini dərindən dərk edən və fəaliyyətində dövlətimizə, xalqımıza sədaqətlə xidmət etməyi başlıca amal sayan bu elm müəssisəsinin kollektivi Təhsil Nazirliyi ilə dərslik yazılması və qiymətləndirilməsi sahəsində əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bəyan edir.

Sonda bu cür qüsurlu dərslik layihələrinin gələcəkdə də yazılmasının qarşısının alınması üçün nəşriyyatlara məsləhət görərdik ki, dərslik layihəsi yazılması üçün müqavilə bağladıqları müəlliflərin dərslik yazılması sahəsindəki təcrübəsini, elmi, pedaqoji fəaliyyətini, bu işə nə dərəcədə mənəvi haqqı olduğunu diqqətlə araşdırsınlar. Əlbəttə, zəngin pedaqoji təcrübəsi olan orta məktəb müəllimləri metodist kimi bu işə cəlb olunmalıdırlar. Lakin elmə mühüm töhfələr verən, dərslik yazılması sahəsində zəngin təcrübəsi olan peşəkar tarixçi alimləri, o cümlədən Tarix İnstitutunu bu işdən təcrid etmək yolverilməzdir.

Çoxlu qüsuru olan dərslik layihələrinə müsbət rəy verən və sonra da bu zərərli hərəkətinə haqq qazandırmağa çalışan “ekspertlərə” isə tövsiyəmiz budur ki, ekspertiza zamanı dərsliklərin müəyyən edilmiş standartlara uyğunluğuna, xüsusən də elmi məzmununa daha ciddi diqqət yetirsinlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib