İQTİSADİYYAT
“Deutsche Bank” “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin hədəf qiymətini yüksəldib
Bakı, 23 avqust, Nihad Budaqov, AZƏRTAC
Almaniyanın ən iri bankı “Deutsche Bank” SOCAR-ın Türkiyədəki ən böyük aktivi olan “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin hədəf qiymətini artırıb.
AZƏRTAC banka istinadla xəbər verir ki, “Deutsche Bank” “Petkim”in səhmlərinin hədəf qiymətini 9,5 faiz artıraraq 4,2 türk lirəsindən 4,6 lirəyə yüksəldib.
Qeyd edək ki, sentyabrın 6-da “Petkim PetroKimya Holding A.Ş.”nin idarə heyəti toplaşacaq. İclasda şirkətin idarə heyətinin yenidən formalaşdırılması məsələsinə baxılacaq.
Xatırladaq ki, “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) “Petkim”də təxminən 58 faizlik paya sahibdir. SOCAR 2008-ci il mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]