İDMAN


Devid Bekhem Madrid klubunun ABŞ-dakı səfiri olacaq VİDEO

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC 

Vaxtilə “Real” klubunda forma geyinmiş ingiltərəli futbol ulduzu Devid Bekhem yenidən Madrid klubu üçün çalışacaq.

AZƏRTAC “Marca” qəzetinə istinadla xəbər verir ki, 41 yaşlı mütəxəssis “kral klubu”nda səfir vəzifəsini icra edəcək.

D.Bekhem Madrid təmsilçisinin ABŞ-dakı səfiri olması təklifini qəbul edib. Məlum olub ki, o, Amerikada İspaniya nəhənginin marka reklamı ilə məşğul olacaq.

Qeyd edək ki, 2003-2007-ci illərdə “Real”ın formasını geyinmiş Bekhem 2007-2012-ci illərdə ABŞ-ın “Los-Anceles Qalaksi” klubunda çıxış edib və hazırda bu ölkədə yaşayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.