DÜNYA


Devid Bekhem həftədə 153 min funt sterlinq vergi ödəyəcək

A+ A

Bakı, 9 fevral, AZƏRTAC

Hazırda idman karyerasını bitirmiş 41 yaşlı ingiltərəli futbol ulduzu Devid Bekhem hər həftə dövlət büdcəsinə 153 min funt sterlinq vergi ödəyəcək.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, hökumət, həmçinin Devidin və xanımı Viktoriyanın imic hüquqlarından istifadəyə nəzarət edən “Beckham Brand Holdings Ltd” şirkətindən gündəlik 22 min funt sterlinq tutur.

Bekhemlər ailəsi 2015-ci ildə 31 milyon gəlir əldə edərək, bu məbləğin 8 milyonunu vergi hesablarına köçürüb.

Rəqəmlərdən belə aydın olur ki, “Breitling” saat brendi və “Haig Club” viski istehsalçısı ilə reklam müqavilələri sayəsində Devid Bekhemin işləri yaxşı gedir, “Viktoriya” brendi isə böyük itkilərə məruz qalmaqdadır.

Qeyd edək ki, Devid Bekhem, əvvəllər “Spice Girl” qrupunun solisti olmuş xanımı Viktoriya və onların dörd övladı Londonda dəyəri 45 milyon funt sterlinq olan malikanədə yaşayırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.