İDMAN


Devid Bekhemin gündəlik qazancı 87 min ABŞ dolları təşkil edir

Bakı, 24 dekabr, AZƏRTAC 

İngiltərə millisinin sabiq ulduz futbolçusu Devid Bekhem gündəlik qazancı ilə mətbuatın diqqətini çəkib.

AZƏRTAC xəbər verir ki, 2013-cü ildə futbolla vidalaşan Bekhem hazırda peşəkar biznes sahəsində püxtələşib. O, bir çox brendə geyim dizaynları verir. Reklamlarda da model kimi çəkilən oyunçunun gündəlik qazancının 71 min funt sterlinq (təxminən 87 min ABŞ dolları) olduğu açıqlanıb.

Qırx bir yaşlı məşhurun yeni şirkəti olan “Seven Global LLP” 7 ay ərzində 8.6 milyon funt sterlinq (təxminən 10 milyon 600 min dollar) gəlir əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.