DÜNYA


Deyəsən, istintaq terrorçuların izinə düşüb

Bakı, 21 dekabr, AZƏRTAC

Almaniya Cinayət Polisi İttifaqının başçısı Andre Şults “ZDF” kanalında tok-şouların birində bildirib ki, istintaq Berlində 12 nəfərin həlak olması ilə nəticələnən terror aktının törədilməsində şübhəli bilinən yeni şəxs barədə məlumat bir-iki günə açıqlayacaq. Onun sözlərinə görə, istintaq cinayətkarın axtarışında ciddi irəliləyib, lakin polis detalların çoxunu hələlik açıqlaya bilməz.

Almaniya polisi artıq məlumat verib ki, daha əvvəl həbs edilən pakistanlının, çox güman, yük maşınının Milad yarmarkasına gələnlərin üstünə yönəldilməsində əli yoxdur. Görünür, başqa versiyanın işlənməsi xəfiyyələri terrorçuların izinə salıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.