CƏMİYYƏT


Diabetə çox vaxt işini itirməkdən qorxan adamlar tutulurlar

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC

Bir qrup tədqiqatçı sübut edib ki, işini itirməkdən qorxan kişi və qadınlar diabetə daha çox tutulurlar.

AZƏRTAC “healthvesti.com” saytına istinadla xəbər verir ki, Bristol Universitetinin (Böyük Britaniya) əməkdaşlarının müşahidələrinə görə, işini itirmək qorxusu mürəkkəb xəstəliklərin əmələ gəlməsinə şərait yaradır. Layihələrin icrası zamanı həkimlər dünyanın müxtəlif ölkələrində yaşayan on minlərlə respondentin sağlamlıq durumunu təhlil ediblər.

Məlum olub ki, iş yerini itirməkdən qorxan insanın şəkərli diabetə tutulması ehtimalı xeyli artır. Bildirilir ki, təcrübə müəllifləri Avropa, Avstraliya və ABŞ-ın klinik mərkəzlərinin məlumatlarına əsaslanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.