REGİONLAR
Diana Dinavasova: Şəmkir və Göygöldə alman koloniyaçılarının izləri indiyədək qalmaqdadır
Şəmkir, 20 mart, Rauf Hacıyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” tur-aksiyasına Balakən rayonundan qoşulmuşam. Şəmkir və Göygöl şəhərlərinin gəzməli, görməli yerlərində olmuşuq. Hər iki şəhərin küçələrində alman koloniyaçılarının izləri bu gün də qalmaqdadır. Sıra-sıra düzülən alman evləri, cərgə-cərgə əkilən çinar ağacları bu günədək qorunub saxlanılıb.
Bu sözləri Şəmkirə ekskursiya zamanı AZƏRTAC-a müsahibəsində “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Balakən rayonu 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Diana Dinavasova bildirib.
O deyib: “Ölkəmizi tanıyaq” tur-aksiyası Prezident İlham Əliyevin gənc nəslə diqqət və qayğısının nəticəsidir. Bizə belə bir şərait yaratdığı üçün dövlətimizin başçısına minnətdaram. Rayonlarda gördüyümüz inkişaf və tərəqqinin təmin edilməsi, gözəlliklərin yaradılması üçün çox böyük zəhmət çəkilib, xeyli iş görülüb. Regionlarımızın belə vüsətli inkişafını görmək hər birimizi sevindirir”.