CƏMİYYƏT


Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin nəzərinə!

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 21-dən 23-dək Quba Olimpiya İdman Kompleksində Qusar, Quba, Şabran, Siyəzən, Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qiymətləndirmədə altı minədək müəllimin iştirakı nəzərdə tutulur.

Hər bir müəllim dq.edu.az saytına daxil olaraq “Şəxsi səhifə” bölməsindən qiymətləndirmənin keçiriləcəyi tarix və saat barədə məlumat əldə edə bilər. Eyni zamanda, müəllimlər həmin səhifəyə daxil olmaqla məlumatların dürüstlüyünü yoxlaya bilərlər. Uyğunsuzluq aşkarlandığı təqdirdə yerli təhsili idarəetmə orqanlarına müraciət etmək lazımdır.

Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərdən şəxsiyyət vəsiqəsinin əslini təqdim etmək tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.