SİYASƏT


Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi və xaricdə fəaliyyət göstərən bır sıra diaspor təşkilatlarının nümayəndələri Komitənin yaradılmasının 15-ci ildönümü münasibətilə iyulun 5-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin kollektivi və diaspor nümayəndələri Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə əklil qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.